“Neftçi”nin yollarını ayırmaq istədiyi Şeydayev rəhbərliyə nə söyləyib?

10:40 Neftçi 1 239
“Neftçi”nin yollarını ayırmaq istədiyi Şeydayev rəhbərliyə nə söyləyib?

“Neftçi”nin yollarını ayırmaq istədiyi Ramil Şeydayev ə Türkiyədən təklif gəlməsi iddia olunur.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, azərbaycanlı hücumçu “Serikspor”un maraq dairəsindədir.

Bildirilir ki, I Liqanın debütantının baş məşqçisi Sergey Yuran onunla əlaqə saxlayıb.

29 yaşlı forvardın “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, yaxınlarda baş məşqçi Samir Abasov tərəfindən əsas komandadan uzaqlaşdırılıb və hazırda fərdi qaydada məşq edir.

Paytaxt təmsilçisindən redaksiyamıza verilən informasiyaya görə, Şeydayev aldığı dəvət barədə rəhbərliyə məlumat verməyib.

Bircə onu bildirib ki, normal təkliflər gələrsə, onu dəyərləndirməyə çalışacaq və hazırda gözləmə mövqeyindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti