
AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərara görə, Premyer Liqanın 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış braziliyalı müdafiəçi İqor Ribeyro 3 oyun cəzalandırılıb, klub isə 3000 manat cərimə edilib.
Sportinfoaz xəbər verir ki, paytaxt təmsilçisi bu qərarı ağır hesab edir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Neftçi" İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti ünvanlanıb.