“Neftçi”də özün qalmaq istəmədin, yoxsa baş məşqçi səni istəmədi?

3 Sentyabr 21:20 Neftçi 594
“Neftçi”də özün qalmaq istəmədin, yoxsa baş məşqçi səni istəmədi?

2016-cı ildən ölkəmizdə top qovan Filip Ozobiç iyulda dördüncü Azərbaycan klubu ilə müqavilə bağladı.

2016-2018-ci illər aralığında “Qəbələ”nin, 2018-ci ildən 2023-cü ilə qədər “Qarabağ”ın, 2023-2025-ci illərdə “Neftçi”nin uğurları üçün tər tökmüş Azərbaycan millisinin sabiq üzvü hazırda “Turan Tovuz”un formasını geyinir.

Sportinfo.az-a açıqlama verən xorvat yarımmüdafiəçidən “ağ-qaralar”ı tərk etməsinin səbəbini öyrənmək istəyəndə, “Neftçi”də özün qalmaq istəmədin, yoxsa baş məşqçi səni istəmədi?” sualına bu cür reaksiya verdi:

“İstəməməkdən söhbət gedə bilməz. “Neftçi”də hər kəslə normal münasibətim olub, bu gün də var. Sadəcə, maddi məsələdə razılıq əldə edə bilmədik”.

Əks-hücum olaraq ünvanladığım “belə çıxır ki, “Neftçi”nin təklif etdiyi məbləğə razılaşsaydın, bu gün komandada olardın” sualını isə siyasi cavabla ört-basdır etdi:

“Bu barədə geniş danışmaq heç nəyi dəyişməyəcək. Keçmişdə qalan söhbətdir. Dediyim kimi, maaş mövzusunda fikirlərimiz üst-üstə düşmədi”.

Ozobiç “Neftçi”nin formasını geyindiyi 2 il ərzində bütün yarışlarda meydana çıxdığı 70 görüşdə 16 qol və 13 assistlə yadda qalıb.

Premyer Liqada 10-cu mövsümünü keçirən səbəbkar bu yarışda ümumilikdə 203 dəfə şans qazanmaqla 67 qol vurub, 37 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 08:30 Almeyda I Liqada - RƏSMİ
3 Sentyabr 07:40 Viruslardan necə qorunaq?