“Neftçi”dən getmək istəməyən, pul davası edən Şeydayevdən XƏBƏR VAR!

14:00 Neftçi 1 009
“Neftçi”dən getmək istəməyən, pul davası edən Şeydayevdən XƏBƏR VAR!

«Neftçi»nin əsas komandasından uzaqlaşdırılan Ramil Şeydayev hələ də klubun ona irəli sürdüyü şərtlərlə razılaşmaq istəmir.

Ötən mövsüm özünü pis tərəfdən göstərdiyi üçün Samir Abasovun yenidən sərəncamında görmək istəmədiyi hücumçu nə müqavilənin qarşılıqlı şəkildə pozulmasına «hə» deyir, nə də maaşının 20-30 faiz azaldılması təklifinə isti yanaşır.

2024-cü ilin yayında «Kocaelispor»dan gələn və 3 illik müqaviləyə imza atan forvard maliyyə məsələsində qətiyyən güzəştə getmir.

O, artıq fərdi məşq edir. «Ağ-qaralar» millinin üzvü üçün xüsusi hazırlıq proqramı hazırlayıb.

Şeydayevlə gündəlik olaraq bir məşqçi çalışır.

Məşq saatı isə dəyişməzdir - saat 13:00. Hər gün bu saatda bazaya gələn hücumçu, belə demək mümkünsə, heç kimlə görüşmür, heç kimlə danışmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti