Samir Abasov “Neftçi”nin baş məşqçi postunda qalmaq istəyirsə… BUNLARI ETMƏLİDİR!

10:40 Neftçi 1 741
Samir Abasov “Neftçi”nin baş məşqçi postunda qalmaq istəyirsə… BUNLARI ETMƏLİDİR!

«Neftçi» rəhbərliyi bu yay transferlərə böyük pullar xərcləyib.

Kifayət qədər güclü legionerlər alıblar.

Heyət bahalıdır. «Qarabağ»dan sonra oyunçu bazarına ən çox vəsait yatıran klubdur «Neftçi».

Futbolçular ayrı-ayrılıqda güclü, komanda oyunu isə zəif… Bunun məsuliyyəti Samir Abasovun üzərindədir.

Ötən ilin oktyabrından bəri baş məşqçi vəzifəsində əyləşmiş mütəxəssisin ucundan tutub ucuzluğa getmək fürsəti yoxdur artıq.

Onun üçün nə az, nə çox, düz 14 transfer əməliyyatı həyata keçiriblər. Hələ iki legioner də yoldadır, deyirlər.

Samir Abasov «Neftçi»də qalmaq istəyirmi, getmək istəyirmi, bilmirəm.

Uğursuzluq zolağından çıxmaq niyyəti həqiqətən ciddidirmi, bunu da bilmirəm. Bildiyim və gördüyüm odur ki, yanaşmasını təcili dəyişməlidir.

Dördlü müdafiə taktikasından vaz keçməli, təkrar «beşli blok»a dönməlidir.

Digər tərəfdən, əsas heyətin tərkibinə «əl gəzdirməlidir».

Kenan Piriç və Bassala Sambunu ehtiyat skamyaya çəkməlidir.

Emin Mahmudovu start «11-liy»inə qaytarmağa tələsməməlidir.

Komandadan daha sürətli oyun tələb etməlidir. Futbolçuların hər biriylə ayrı-ayrılıqda danışıb, onların «damar»ını tapmalı, psixoloji təzyiqi ortadan qaldırmalıdır.

İctimaiyyətin, azarkeşlərin basqısı çox pis təsir göstərir «Neftçi»yə. Samir Abasovun özü soyuqqanlı davranmalıdır ki, ondakı rahatlıq oyunçularına da sirayət eləsin.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 22:40 “Zirə”dən ən yeni...