“Monpelye”dən gələn: “Bu il “Neftçi”də yaxşı bir kollektiv olacaq”

1 Sentyabr 23:20 Neftçi 280
“Monpelye”dən gələn: “Bu il “Neftçi”də yaxşı bir kollektiv olacaq”

“Biz davam edirik, hamımız birlikdə irəlini düşünürük”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni legioneri Falaye Sako deyib.

Mali millisinin sağ cinah müdafiəçi paytaxt klubundakı hədəfni açıqlayıb:

“Bir-birimizə dəstəyik. Çalışacağıq ki, hər şey daha yaxşı olsun.

Ümid edirəm ki, bu il “Neftçi”də yaxşı bir kollektiv olacaq. Mən də özümü ən yaxşı şəkildə meydanda göstərməyə çalışacam”.

30 yaşlı afrikalı avqustun 10-da “Neftçi” 2+1 illik müqavilə bağlayıb.

Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib.

O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 22:40 “Zirə”dən ən yeni...
1 Sentyabr 17:30 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
1 Sentyabr 02:40 "Turan”dan Toqoya dəvər