“Neftçi”dən aldığı iş təklifinə “yox” cavabı verdi - SON DƏQİQƏ

16:00 Neftçi 772
“Neftçi”dən aldığı iş təklifinə “yox” cavabı verdi - SON DƏQİQƏ

Bugünlərdə «Zirə»dən ayrılan Eltun Yaqublu «Neftçi»dən aldığı dəvəti geri çevirib.

«Ağ-qaralar»ın rəsmiləri Rəşad Sadıqovun keçmiş köməkçisi ilə əlaqə saxlayaraq, onu iş təklifi etmişdi.

Gənc mütəxəssisdən burada seleksiya fəaliyyəti ilə məşğul olması istənilib.

Yaqublu razılaşardısa, əsas komandanın transfer siyasətinin konturlarını müəyyənləşdirəcəkdi. Bunun üçün ona yüksək əməkhaqqı vəd olunmuşdu.

Fəqət, o, bir müddət futbol sektorundan uzaq qalmaq istədiyini bildirərək, «Neftçi»nin təklifinə «yox» deyib.

E.Yaqublu 2020-ci ildən Rəşad Sadıqovun məşqçilər heyətində yer alırdı. 33 yaşlı yardımçı ilə qəsəbə təmsilçisi arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

R.Sadıqov uzun illər birlikdə çalışdığı Yaqublunun bu addımını sıradan gediş adlandırıb.

O bildirib ki, sabiq köməkçisi öz futbol fəaliyyətini dayandırmağı qərara alıb:

"Biz də onun belə bir qərarını olduğu kimi qəbul etdik. Ən azı karyerasına bir aylıq fasilə verəcək.

Uzun zamanlar sonra nələr olacağını deyə bilmərəm. Amma yaxın gələcəkdə futbol sahəsində fəaliyyət göstərmək istəmir".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti