
Sanki «Neftçi»nin bütün futbolçuları sözü bir yerə qoyub ki...
Samir Abasovu istefaya göndərsinlər.
Sanki Kenan Piriç hər oyunda qəsdən səhvə yol verir ki…
Samir Abasov burada çox qalmasın.
Sanki İqor Ribeyro bilərəkdən Faiq Hacıyevə zərbə endirib qırmızı vərəqə aldı ki…
Samir Abasovin bütün ümidləri qırılsın və getsin.
Bu sankilər, bu bəlkələr…
Çoxdur, lap çoxdur…
Bilmirsən kimə inanasan, kimə inanmayasan.
Çaşbaş qalırsan.
Gördüklərini analiz edəsən, yoxsa eşitdiklərinə qulaq verəsən..?
«Neftçi»də vəziyyət çox qəlizdir. Samir Abasov hər an vəzifədən atıla bilər - istisna etmək olmaz.
Ən əlverişli təqvim «Neftçi»yə düşmüşdü. Çempionatın zəifləri - «Şamaxı» və «İmişli»yə qalib gələ bilməyən «Neftçi»nin «Turan Tovuz»a uduzması nə sensasiya sayılmalıdır, nə sürpriz.
Dinamika var, doğrudur.
İstək var, doğrudur.
Fiziki güc var, doğrudur.
Doğru olmayan…
Dinamika, istək və fiziki gücü komanda oyununa yansıda bilməyən Samir Abasovdur. Əlindəki bu qədər bahalı heyətdən düzgün yararlanmayan, onlardan qvardiya düzəldə bilməyən Samir Abasovdur.
Nəticə istəyinə xal verilmir. Nəticə qol və qollar vuranda olur. «Neftçi» nəinki qol vura bilir, heç qola yaxın gedə bilmir.
Mən xatırlamıram, siz yadıma salın: dünən «Neftçi» «Turan»ın qapısı önündə 100 faizlik qol epizodu yaratdımı? Yarımçıq fraqmentlər heç - o həmişə olur,
ELNUR