“Neftçi”nin baş məşqçisi bundan imtina etdi - SON DƏQİQƏ

13:00 Neftçi 757
“Neftçi”nin baş məşqçisi bundan imtina etdi - SON DƏQİQƏ

«Neftçi» Premyer Liqanın yeni mövsümünə uğurlu başlaya bilmədi.

Avrokuboklar iddiası ilə heyətini gücləndirmiş «ağ-qaralar» ilk 2 turda qələbəyə həsrət qalıb.

Açılış həftəsində «Şamaxı» ilə evdə 1:1 edən paytaxt təmsilçisi daha sonra səfərdə «İmişli»nin müqavimətini qırmağı bacarmadı - 0:0.

Belə start Samir Abasovu karıxdırıb. Ötən 3 ayda düşərgədə xeyli islahat aparmış, düşərgəyə xeyli yeni oyunçu gətirmiş baş məşqçi taktiki yenilik etmək qərarı verib.

Çalışdırıcı həmişə üstünlük verdiyi «beşli müdafiə» sxeminin tətbiqindən vaz keçib.

O, qarşıdakı turlarda dörd müdafiəçinin xidmətindən yararlanacaq və hücum futbolu oynadacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti