“Neftçi”də olmaqdan çox məmnunam, sanki bir ailənin içindəyəm”

26 Avqust 2025 13:20 Neftçi 682
“Neftçi”də olmaqdan çox məmnunam, sanki bir ailənin içindəyəm”

“Hər bir oyunçu üçün duyğular və təəssüratlar çox önəmlidir”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Freddi Varqas deyib.

“Ağ-qaralar”ın yay fasiləsində heyətinə qatdığı Venesuela millisinin yarımmüdafiəçisi söyləyib:

“İlk çıxışım idi, bir qədər də həyəcanlı oldum. Bəzi hücumları tamamlaya bilmədik, amma futbolda belə hallar olur.

Nəticədə bir xal qazanmaqla kifayətlənməli olduq. Hazırlıqdan yeni qayıtmışıq.

Düzdür, komandaya sonradan qoşuldum. Oyunlar keçdikcə daha yaxşı olacağıq. İnanıram ki, növbəti dəfə 3 xal qazanacağıq”.

İsraildən - “Makkabi”dən (Netanya) 1 il müddətinə icarəyə götürülən 26 yaşlı cənubi amerikalı “Neftçi”yə uyğunlaşmaq üzrədir:

“Bura gələndən bəri məni ən yaxşı şəkildə qarşıladılar. Burada olmaqdan çox məmnunam, sanki bir ailənin içindəyəm.

Bizim istəyimiz hər birimizdən gözlənilənin ən yaxşısını vermək və mövsümü daha güclü keçirməkdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti