
Falaye Sakonun “Neftçi”yə keçidinin detalları müəyyənləşib.
Sportinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Monpelye”nin Liqa 1-i tərk etməsi müdafiəçinin Azərbaycana yollanmasında əsas rol oynayıb.
Mali millisinin üzvünün Fransa klubu ilə müqaviləsində komandanın elitanı tərk edəcəyi təqdirdə sərbəstqalma maddəsi yer almışdı.
“Monpelye” Liqa 2-yə düşdüyündən, Sakonun gələn ilin yayına qədər olan sözləşməsi ləğv olunub.
Sağ cinah müdafiəçisi başqa ölkələrdən təkliflər alsa da, variantlar arasında yalnız “Neftçi” yüksək liqa komandası olub. Bu səbəbdən oyunçu seçimini “ağ-qaralar”ın xeyrinə edib.
Sako “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.