"Samir Abasovun yanaşması doğru deyil" - VİDEO

17:40 Neftçi 549
"Samir Abasovun yanaşması doğru deyil" - VİDEO

"Samir Abasovun yanaşması doğru deyil".

Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, "Neftçi"nin Premyer Liqada yeni mövsümə uğursuz start verməsinin səbəblərindən danışıb, baş məşqçi Samir Abasovun taktiki səhvlərinə diqqət çəkib.

Bildirib ki, paytaxt təmsilçisi Polşada keçirilən yoxlama görüşlərində 4-3-3 sxemini sınaqdan keçirsə də, rəsmi oyunlarda bundan imtina edib.

Rzayev Abasovun bu dəyişikliyi iki futbolçunun zədələnməsi ilə əlaqələndirdiyini xatırladıb.

Eyni zamanda qeyd edib ki, mütəxəssis öz oyun prinsiplərinə arxa çevirməklə səhvə yol verib.

Aparıcı Qurban Qurbanovu ona nümunə göstərib, "Qarabağ"ın sükançısının belə vəziyyətlərdə fərqli çıxış yolları tapdığını vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti