
"Neftçi" Boris Çespedesi sıralarına qatmağa hazırlaşmır.
Bu barədə saytımıza klubdan məlumat verilib.
Bildirilib ki, yaxın günlərdə düşərgəyə iki yeni legionerin gəlməsi gözlənilir, amma onların arasında sözügedən oyunçu olmayacaq.
Başqa sözlə, Çespedesin keçidi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir.
"Ağ-qaralar" hazırda azad agent statusu daşıyan yarımmüdafiəçi ilə maraqlanmır. Son olaraq İsveçrədə "İverdon"un formasını geyinmiş 30 yaşlı futbolçu Boliviya millisində 19 matç keçirib.
Bakılıların danışıqlar apardığı əcnəbilərin öz klubları ilə müqaviləsi davam etdiyindən, üçtərəfli görüşmələr bir qədər vaxt alır. Çünki xarici həmkarları "Neftçi"dən təzminat istəyir.
SPORTİNFO.AZ