
Çempionluğa iddia edən “Neftçi” növbəti oyuna hazırlaşır.
Yay fasiləsində ciddi dəyişikliklərə məruz qalan kollektiv cümə günü “İmişli”nin qonağı olacaq.
Ötən həftə “Şamaxı”yla matçda xallar itirən (1:1) bakılılar bu dəfə qələbə arzusundadır.
Komandanın aparıcı isimlərindən olan ingiltərəli hücumçu Bassala Sambu Sportinfo.az-a açıqlamasında qarşıdakı matçla bağlı danışıb:
“Şamaxı”yla görüş ilk rəsmi matçımız idi. Yaxşı oynadıq, imkanlar yaratdıq, lakin lazım olan qolları vura bilmədik.
Bu dəfə qol imkanlarını qaçırmaq kimi şansımız yoxdur. Bilirəm, “İmişli” elitaya yeni gəlib, istəklidir.
Üstəlik, alışmadığımız sintetik örtükdə oynayacağıq. Hər oyun çətin olacaq, istər otda, istərsə də süni qazonda.
Ancaq biz mentalitet və yanaşmamızı dəyişmək fikrində deyilik. Hər matça 3 xal üçün çıxacağıq.
Səfərə cari mövsümdəki ilk qələbənin dalınca yollanacağıq”.
Avqustun 22-də Şamaxı şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 17:00-da çalınacaq.
HƏBİB