Bu adam "Neftçi"də ehtiyata göndərilməyib ki...

16:00 Neftçi 416
Bu adam "Neftçi"də ehtiyata göndərilməyib ki...

"Neftçi" yeni mövsümə növbəti dəfə uğursuz start verdi.

Doğma meydanda "Şamaxı"nı qəbul edən "ağ qaralar" məğlubiyyətdən xilas ola bildi, amma qələbəni qoparmağı bacarmadı - 1:1.

Nəticə ürəkaçan deyil, oyun barədə isə eyni sözü demək insafdan olmaz.

Bölgə klubu alışdığımız mübarizəni ortaya qoydu, dirəniş göstərdi.

Ancaq 90 dəqiqə üstün tərəf "ağ qaralar" idi.

Daha çox real qol imkanlarını yaratdılar, topa hakim idilər.

İstək, mübarizə son illərlə müqayisədə müsbət mənada hiss olunurdu.

Bəs qələbə niyə gəlmədi?

Məncə, tək günahkar Kenan Piriçdir.

Əcnəbi qapıçı buraxılan qoldan öncə canlı səddi düzgün qurmamışdı. Davamında isə özü qoruduğu küncə vurulan zərbə qarşısında aciz qaldı.

Hər halda milli komdamızın qapıçısı Rza Cəfərov ehtiyata ona görə göndərilməyib ki, Kenan belə ucuz qollar buraxsın.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti