“Neftçi” üçün ciddi təhlükə!

21:20 Neftçi 539
“Neftçi” üçün ciddi təhlükə!

“Neftçi” yeni mövsümə istədiyi kimi başlaya bilmədi.

Polşada hazırlıq keçən komandanın daxilində hər kəs “Şamaxı”yla matçın yekununda ilk qələbəni bayram etməyi arzulayırdı. Qol epizodları sağa-sola xərclənincə, xalları yarı bölmək məcburiyyətində qaldılar.

İndi isə növbədə “İmişli”dir. Elitanın debütantı, az qala hər addımda həvəskar təsir bağışlayan, yolüstü naharını supermarktin kafesində edən, Bakıyla Şamaxının arasında var-gəl edən, buna baxmayaraq ilk görüşdə “Turan Tovuz”a son saniyə qolu ilə məğlub olan portəgiz mütəxəssisin çalışdırdığı komanda.

Əminliklə deyirəm, “İmişli” “Neftçi”nin başını ağrıtmağı bacaracaq. Süni örtük amili bahalı legionerlərin ən yaralı yeridir. Heç də hamısı “sintetika”da bacarığını ortaya qoymur. Bəziləri isə zədə riskini göz önünə alır. Canlarında qaonla bağlı qorxu var.

Digər tərəfdən, bölgə təmsilçisinin “sükanı” arxasında dayanan Jorj Kaskilya qısa müddətdə müəyyən işlər görməyi bacarıb. Komandanın oyununda sistem nəzərə çarpır. Bəzi legionerlərin səviyyəsi hətta daha iddialı klublarda oynamağa imkan verir. Müdafiə və qapı xətti ilk görüşdə “keçilən dəhliz” görüntüsü yaratmadı.

“Neftçi” bu matçın riskini göz önünə almalıdır. “Debütantı udmağa nə var ki?” prinsipi ilə yanaşıb, meydanda ayaq sürüməyin nəticəsi ağır ola bilər. “Şamaxı”yla oyunla müqayisədə “11-lik”də bəzi dəyişikliklərə əl atmaq da mütləqdir.

Bunu xüsusən Samir Abasov dərindən dərk edir. Çünki “Şamaxı”nın ardınca “İmişli”ylə də xallar itirmək çox ciddi narazılığa səbəb olacaq. Azarkeşlər fərqli xəyalların arxasında “əyləşərək” sevimli komandalarından uğurlu nəticələr gözləyir.

Avqustun 22-də Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti