
"Dinamo"nun (Buxarest) müdafiəçisi Kennedi Boatenq "Neftçi"nin formasını geyinməyəcək.
Bu barədə paytaxt klubundan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, qanalı legionerin Azərbaycana gələcəyi yönündə sosial şəbəkələrdə yayılan xəbərlər qətiyyən həqiqəti əks etdirmir.
2024-cü ildən bəri Rumıniyada forma geyinən afrikalı bir neçə həftə öncəyə kimi gündəmdə yer alıb.
Lakin "Dinamo"nun yüksək məbləğdə təzminat tələbindən sonra "ağ-qaralar" adıçəkilən mərkəz müdafiəçisinin keçidindən imtina edib.
Yayılan xəbərlərə görə, rumınlar danışıqların ilkin mərhələsində 700 min avro istəyib. Bakılılar isə 28 yaşlı arxca xətt oyunçusuna görə yalnız 300 min avro kompensasiya ödəmək fikrində olub.
SPORTİNFO.AZ