Əfsanəvi futbolçunun ailə üzvləri "Neftçi"nin qonağı oldu

18 Avqust 23:00 Neftçi 193
Əfsanəvi futbolçunun ailə üzvləri "Neftçi"nin qonağı oldu

Əfsanəvi futbolçu Anatoli Banişevskinin ailə üzvləri – həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və veteran hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində "Neftçi"nin qonağı olublar.

Sportinfo.az xəbər verir ki, qonaqları “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer qəbul edib.

Klub rəhbəri mərhum futbolçunun ailəsinə üzərində Anatoli Banişevskinin soyadı və “9” rəqəmi olan xatirə forması hədiyyə edib.

Görüşdə gələn il fevralın 23-də 80 illik yubileyi olacaq Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq, paytaxt təmsilçisi tərəfindən planlaşdırılan tədbirlərlə bağlı ailəsinə məlumat verilib.

Əfsanəvi futbolçunun ailə üzvləri avqustun 16-da keçirilmiş “Neftçi” – “Şamaxı” matçına "ağ-qaralar" tərəfindən dəvət alsalar da, şəxsi işləri ilə əlaqədar stadiona gələ bilməmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!
18 Avqust 11:20 Bu da Mahirin qolu - VİDEO
18 Avqust 03:30 Elçin Sloveniyaya gedir
18 Avqust 02:20 Bir yerli, iki əcnəbi
18 Avqust 02:10 "Qarabağ"layıcı