
“İlk hissəyə yaxşı başlamamışdıq.
Amma ikinci yarıda oyunu tam dəyişdik və çoxlu qol imkanları yaratdıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
Yarımmüdafiəçi Premyer Liqanın ilk turunda evdə “Şamaxı” ilə (1:1) keçirdikləri görüşlə bağlı danışıb:
“Şamaxı” kimi rəqibə qarşı bu qədər fürsət tapmaq asan deyil. Qələbə qazanmaq istəyirdik, amma təəssüf ki, alınmadı".