“Neftçi”də “100”ü görən

18 Avqust 2025 01:50 Neftçi 622
“Neftçi”də “100”ü görən

“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov yubiley oyununu keçirib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, Premyer Liqanın I turunun “Şamaxı” ilə qarşılaşması (1:1) 23 yaşlı futbolçu üçün 100-cü olub.

O, bu matçlarda 5 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.

Emil Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti