“Neftçi”nin dindar kapitanı: “Bu jesti internetdə gördüm, xoşuma gəldi”

01:00 Neftçi 122
“Neftçi”nin dindar kapitanı: “Bu jesti internetdə gördüm, xoşuma gəldi”

“Neftçi”nin kapitanı Emin Mahmudov ötən gün Misli Premyer Liqasının 1-ci turunda “Şamaxı”ya qarşı keçirilən oyunda (1:1) qol vurduqdan sonra etdiyi jesti ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, o, Polşada keçirilən təlim-məşq toplanışı zamanı “Hapoel”ə qarşı yoxlama oyununda da sol əlini havaya qaldıraraq eyni jesti etmişdi.

"Şamaxı" ilə dünənki oyundan sonra jurnalistlərin suallarını cavablandıran E.Mahmudov jestinin hansı mənanı verdiyi barədə danışıb:

“Bu, dinlə bağlıdır. Bu jesti internetdə görmüşdüm və xoşuma gəlmişdi. Ona görə edirəm. Bu jesti edən başqa futbolçular da var”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 20:00 Çək və bizə göndər!
17 Avqust 07:10 Xəzərdə zəlzələ oldu
17 Avqust 04:00 Milli Avstriyaya uduzdu