
“Neftçi” azarkeşləri mövsümün startını uğursuzluqla gözləyirdi.
Son iki “futbol ili”ni uğursuzluqla başa vuran “ağ-qaralar”ın yenilənmiş heyətlə mübarizəyə başlaması fanatlarda maraq doğurmaya bilməzdi.
Bir neçə gün əvvəl klubun bazasına baş çəkərək məşqçi və futbolçu heyəti ilə görüşən “Forza Neftçi”nin üzvləri “Şamaxı” ilə qarşılaşmadan əvvəl stadionun ətrafında qələbəlik yaratmışdı.
Öz aralarımda yeni mövsümü müzakirə edir, komandaya olan inamı gizlətmirdilər.
Tribunadakı yerlərini tutandan sonra “Palms Sports Arena”da əsl “cəhənnəm” ab-havası yaratmağı özlərinə borc bildilər.
O dəqiqələrdə futbolçular meydana çıxmamışdı, paıtardəyişmə otağında hakimin fitini gözləyirdilər.
Komandalar qaxona ayaq basan anda isə atmosferin təzyiqi bir az da artdı.
Məlum oldu ki, “Neftçi” cari mövsümdə uğurlu təsir bağışlasa, azarkeşlər daha da möhtəşəm görünəcək.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN