"Neftçi"dən səbirsizliklə gözlənilən XƏBƏR! - SON DƏQİQƏ

16 Avqust 16:00 Neftçi 2 036
"Neftçi"dən səbirsizliklə gözlənilən XƏBƏR! - SON DƏQİQƏ

«Neftçi» bu gün yeni mövsümün açılışını edəcək.

«Ağ-qaralar» Premyer Liqanın ilk turunda «Şamaxı» ilə doğma meydanda üz-üzə gələcək.

Bakılılar bu görüşdə Ramil Şeydayevin xidmətindən yararlanmayacaq. Hər halda 29 yaşlı hücumçunun adı klub tərəfindən iştirak ərizəsinə salınmayıb.

Peşəkar Futbol Liqasına təqdim olunan sifariş ərizəsindən kənarda qalan forvardla bağlı yeni xəbər almışıq.

Əldə etdiyimiz məlumata görə, millinin üzvünün taleyinə müqəddəratına növbəti həftə aydınlıq gələcək.

Avqustun 18-21-i aralığında rəhbərlik səviyyəsində toplantı keçiriləcək və orada bəlli olacaq ki, Şeydayev düşərgədə saxlanılacaq, yoxsa müqaviləsinə xitam veriləcək.

Samir Abasov onun getməsindən yanadır. Baş məşqçi ötən mövsüm 3 qolla yadda qalan «Zenit»in yetirməsini Polşa toplanışına aparsa da, yenə narazı qalıb.

Şeydayev 2024-cü ilin yayında «Kocaelispor»dan gəlib. Roman Qriqorçukun təkidi ilə komandaya cəlb edilən forvardla 3 illik müqavilə imzalanıb.

Ramil baş məşqçinin fikrindən xəbərdardır. Burada parblem təzminatla bağlıdır.

Sabiq «Qarabağ»lı pulunu tamamilə almadan «Neftçi» ilə sözləşməsinə xitam vermək istəmir. Ona görə ki, maaşı yüksəkdir.

Vaxtilə «S»bah"ın da şərəfini qorumuş ön xətt oyunçusunun illik qazancı 550 min dollar civarındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 18:10 Çək və bizə göndər!
16 Avqust 17:20 "Sumqayıt"ın kapitanları
16 Avqust 09:40 Liqanın KARVANSARAYı
15 Avqust 22:20 Bolqar dərsi...