“Neftçi” rəhbərliyi Samir Abasovdan tələb edib ki...” - VİDEO

14:00 Neftçi 384
“Neftçi” rəhbərliyi Samir Abasovdan tələb edib ki...” - VİDEO

"Neftçi" bu mövsüm çempionluğa oynaya bilər".

Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, mövsümlərarası fasilədə kardinal islahatlar aparan "ağ-qaralar"ın yeni "futbol ili"nə hazırlığından danışıb.

Tanınmış telejurnalist klub rəhbərliyinin transfer siyasəti baxımından Samir Abbasova hər cür dəstək verdiyini bildirib.

Onun dediyinə görə, yönətim baş məşqçinin arxasında dayanıb və komandanın gücləndirilməsi istiqamətində çox mühüm addımlar atılıb.

Rzayev qeyd edib ki, başbilənlər çalışdırıcının qarşısına konkret məqsəd qoyub - Premyer Liqada ikinci yer.

O, vurğulayıb ki, paytaxt təmsilçisi çempionatda üçüncü yeri tutsa, bu, uğurlu nəticə sayılmayacaq.

Aparıcı ümidvar olduğunu söyləyib ki, nəhayət, "Neftçi" gerçəkdən iddialı duruma gələcək və birincilik mübarizəsində "Qarabağ"la rəqabətə girəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...