”Arsenal”da tanınan, milyonlarla qiyməti olan oyunçu ”Neftçi”yə gətirilirmi? - SON NÖQTƏ

13:00 Neftçi 1 253
”Arsenal”da tanınan, milyonlarla qiyməti olan oyunçu ”Neftçi”yə gətirilirmi? - SON NÖQTƏ

“Neftçi”nin növbəti transfer hədəfi barədə xəbərlər yayılıb.

Sosial şəbəkələrdə paylaşılan məlumatlara inansaq, bakılılar Coş Dasilva ilə əlaqə yaradıb.

Hazırda azad agent statusu daşıyan ingiltərəli dayaq yarımmüdafiəçiyə 2 illik müqavilə təklif olunduğu bildirilir.

Məşhur “Transfermarkt” isə keçidinin gerçəkləşmə ehtimalını 80 faiz olaraq dəyərləndirib. Ancaq ”Neftçi” dən belə demirlər.

Paytaxt təmsilçisindən aldığımız məlumata görə, Dasilvanın keçidi gündəmdə deyil.

Qeyd olunub ki, orta xətt oyunçusu onlara təklif olunan futbolçuların siyahısında da yer almayıb.

Bbazar dəyəri 5 milyon avro qiymətləndirilən 26 yaşlı britaniyalı karyerasına “Arsenal”da başlayıb. ”Topçular”ın U-18 və U-23 komandalarında forma geyinib.

2018-ci ildə “Brentford”a transfer olunub. O, ümumilikdə 217 oyunda meydana çıxaraq 26 qol vurub və 20 məhsuldar ötürmə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...