Ramil Şeydayev və bu legioner "Neftçi"yə lazım olmadı

10:40 Neftçi 1 285
Ramil Şeydayev və bu legioner "Neftçi"yə lazım olmadı

"Nefçi" Misli Premyer Liqasının 2025/26-cı il mövsümü üçün PFL-ə sifariş ərizəsini göndərib.

Sportinfo.az xəbər verir ki, bir neçə futbolçu bu siyahıda yer almayıb.

Kənarda qalan futbolçulardan biri Ramil Şeydayevdir. Artıq heç kimə sirr deyil ki, Samir Abasov onu sərəncamında görmək istəmir.

Amma Şeydayev ayrılıq qarşılığında yüksək təzminat istəyir. Məhz bu məqam çətinliyə çevrilib.

Lakin hücumçunun adının iştirak ərizəsinə salınmaması düşünməyə əsas verir. Ola bilər ki, tərəflər ortaq məxrəcə gəliblər.

Şeydayev kimi, Aleks Fernandes də iştirak ərizəsində yoxdur. Belə başa düşmək olar ki, "Neftçi" onunla da davam etmək niyyətində deyil.

"Neftçi"nin iştirak ərizəsində 13 legioner yer alıb. Xatırladaq ki, 12-ci legionerə qədər rüsum 5-10 min manat arası dəyişirsə, 13-cü legionerə görə rüsum haqqı 100 min manat təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...