"Neftçi"nin legioneri yeni mövsümdə ilk oyuna çıxmayacaq

01:00 Neftçi 121
"Neftçi"nin legioneri yeni mövsümdə ilk oyuna çıxmayacaq

Premyer Liqanın 1-ci turunda "Neftçi"nin qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığı yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Komandanın futbolçusu Edvin Kuç ötən mövsümdən cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Avqustun 16-da “Palms Sports Arena”da (sabiq "Neftçi Arena" - red.) keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 20:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...