"Neftçi" Samir Abasovun gözündən düşən legioneri bu kluba icarəyə verəcək?

15 Avqust 2025 14:00 Neftçi 4 912
"Neftçi" Samir Abasovun gözündən düşən legioneri bu kluba icarəyə verəcək?

2024-cü ilin yayında «Neftçi» ilə 3 illik müqavilə imzalayan Andrey Ştoqrin yeni mövsümə Premyer Liqanın başqa bir klubunda başlaya bilər.

Samir Abasovun xidmətinə maraq göstərmədiyi ukraynalı legioner Azərbaycandan 2 komanda ilə danışıqlar aparır.

Onlardan biri «Kəpəz»dir. 26 yaşlı ön xətt oyunçusunun Gəncə təmsilçisinə icarəyə verilməsi gündəmdədir.

Danışıqlar istənilən məcrada bitsə, Ştoqrinin aylıq maaşı iki klub arasında «bölünəcək»: yəni, pulun bir hissəsini «Neftçi» ödəyəcək, qalanını da «Kəpəz».

O, “ağ-qaralar”da əsas heyətə düşə bilməyəcəyini başa düşdüyü üçün komandadan ayrılmağı planlaşdırır.

“Çernomorets”in yetirməsi ölkəsindən də bir neçə təklif alıb. Ştoqrin klublardan biri ilə ortaq məxrəcə gələ bilsə, “Neftçi” onunla müqaviləyə xitam verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!