“Neftçi”dən getdi, II Liqa təmsilçisi ilə 1 illik müqavilə imzaladı

15 Avqust 2025 09:00 Neftçi 3 643
“Neftçi”dən getdi, II Liqa təmsilçisi ilə 1 illik müqavilə imzaladı

Bu yay "Neftçi"dən ayrılan Rafael Quzzonun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Quzzo "Maritimu" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb. 30 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Rafael Quzzo 2024/2025 mövsümündə "Neftçi"nin formasını geyinib.

Bu ilin iyun ayında "Neftçi" Quzzo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti