
«Neftçi»nin onlarla fanatı klubun Bakıxanov qəsəbəsində yerləşən bazasına axın edib.
Azarkeşlər burada əsas komandanın futbolçuları ilə görüş keçirib.
Məşq meydançasında təşkil olunan ayaqüstü söhbət xeyli maraqlı alınıb. Tərəfdarlar onlara konkret mesajlar verib, istəklərini diqqətə çatdırıblar.
Tribuna əhli uğursuz alınan ötən mövsümləri artıq unutduqlarını, növbəti «futbol ili»ndən isə gözləntilərinin böyük olduğunu bildiriblər:
«Neftçi»nin formasını geyinən hər futbolçu bunun dəyərini bilməlidir. Yerli futbolçular qoy bu formanın dəyərini yeni gələn legionerlərə başa salsın.
Ən yüksək hədəflər uğrunda mübarizə aparmalıyıq. Biz sizə inanırıq.
Ümid edirik ki, sonra bir-birimizin gözünün içinə baxa biləcəyik».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN