Tanınmış klub prezidentinin qardaşı oğlu “Neftçi”ni bu kluba dəyişdi

13 Avqust 09:40 Neftçi 2 911
Tanınmış klub prezidentinin qardaşı oğlu “Neftçi”ni bu kluba dəyişdi

«Kəpəz» sıralarına yeni oyunçu qatıb.

«Turan Tovuz»dan müdafiəçi Raul Məmmədovu icarəyə götürmüş Gəncə təmsilçisi indi də «Neftçi»yə üz tutub.

«Sarı-göylər» Elcan Əbilovu sıralarına qatıb. 20 yaşlı yarımmüdafiəçi 1 illik icarə əsasında onların formasını geyinəcək.

Əbilov U-18 və U-19 yığmalarının formasını geyinib. U-21-ə namizədlər arasındadır.

Gənc orta sahə oyunçusu tanınmış ailənin nümayəndəsidir. O. «Bakılı»nın prezidenti Misir Əbilovun qardaşı oğludur.

«Kəpəz» bu yay 8 yeni oyunçunu sıralarına qatıb.

Bunlar Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiauri (son klubu "Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu "Motor", Polşa), Fərid Nəbiyev (son klubu "Səbail"), Olavale Onanuqa (son klubu "Bnei Yehuda", İsrail) və Vitor Feijaodur (son klubu "Sentral Kost Mariners", Avstraliya).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu