Fransa və Portuqaliya klubarından imtina etdi, “Neftçi”yə keçdi

13 Avqust 2025 13:20 Neftçi 2 479
Fransa və Portuqaliya klubarından imtina etdi, “Neftçi”yə keçdi

“Neftçi”nin yeni transferi Falaye Sako Azərbaycana gəlmək üçün bir neçə variantdan imtina edib.

Sportinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı sağ cinah müdafiəçisi bu ölkədən bir neçə təklif alıb.

Sako həmçinin Portuqaliya klublarının da maraq dairəsində olub. Sadəcə olaraq, onunla Fransa və Portuqaliyanın 2-ci liqa komandaları maraqlanıblar.

Mali millisinin üzvü isə elitada oynamaq və avrokuboklarda çıxış etmək üçün “Neftçi”yə keçib.

“Monpelye”dən “Neftçi”yə keçən Sako “ağ-qaralar”la 2 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti