“Neftçi” müqaviləyə xitam verəcək - Bu klublardan biriylə ortaq məxrəcə gələ bilsə

14:20 Neftçi 1 535
“Neftçi” müqaviləyə xitam verəcək - Bu klublardan biriylə ortaq məxrəcə gələ bilsə

Yay fasiləsində heyətində köklü islahatlar aparan “Neftçi” daha bir legioneri ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Andrey Ştoqrin ölkəsinə qayıtmağa yaxındır.

26 yaşlı orta sahə oyunçusu “ağ-qaralar”da əsas heyətə düşə bilməyəcəyini başa düşdüyü üçün komandadan ayrılmağı planlaşdırır.

“Çernomorets”in yetirməsi ölkəsindən bir neçə təklif alıb. Ştoqrin klublardan biri ilə ortaq məxrəcə gələ bilsə, “Neftçi” onunla müqaviləyə xitam verəcək.

Ötən ilin yayında “Neftçi”yə keçən Andrey Ştoqrinin klubla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti