"NEFTÇİ" - Bu yerə dörd namizədimiz var, 7-10 gün içində...

13:00 Neftçi 856
"NEFTÇİ" - Bu yerə dörd namizədimiz var, 7-10 gün içində...

Yaxın günlərdə «Neftçi»də yeni təyinat gerçəkləşəcək.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, qarşıdakı 7-10 gün ərzində akademiyaya direktor qoyulacaq.

Qeyd olunub ki, hazırda bu posta 4 namizəd var və onların heç biri yerli deyil.

Sözügedən vəzifəni tutmağa şansı olanlar müxtəlif ölkələrin təmsilçiləridir.

Siyahıya türkiyəli, ispaniyalı, portuqaliyalı və xorvatiyalı funksionerlər daxildir. Hazırda onların hər biriylə fərdi qaydada danışıqlar davam etdirilir.

Son üç ildə «ağ-qaralar»ın uşaq futboluna Camal Bülbül cavabdehlik daşıyıb. 2022-ci ildə klubun ovaxtkı prezidenti Kamran Quliyev tərəfindən bura dəvət edilən türkiyəli mütəxəssisin müqaviləsi yenilənməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti