
“Neftçi” yeni transferini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Fransa “Monpelye”sindən Falaye Sakonu 2+1 illik sıralarına qatıb.
Paytaxt təmsilçisi sosial şəbəkə hesabında bununla əlaqədar videoçarx yayımlayıb.
30 yaşlı müdafiəçi Mali millisinin üzvüdür.
Falaye Sako karyerası ərzində Fransada “Sent-Etyen”, eləcə də Portuqaliyada “Vitoriya Gimaraynş” klublarında da çıxış edib.
O, ötən mövsüm ərzində meydana çıxdığı 17 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.