“Monpelye”nin sağ cinah müdafiəçisi rəsmən “Neftçi”də!

10 Avqust 18:10 Neftçi 723
“Monpelye”nin sağ cinah müdafiəçisi rəsmən “Neftçi”də!

“Neftçi” növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako artıq “Neftçi”nin üzvüdür. Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib.

O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu