“Neftçi”nin yerli siması ilə bağlı gizli planı üzə çıxdı - İNCƏ DETALLAR

8 Avqust 16:40 Neftçi 2 957
“Neftçi”nin yerli siması ilə bağlı gizli planı üzə çıxdı - İNCƏ DETALLAR

Növbəti mövsümdə “Neftçi”nin qapısını Kenan Piriç qoruyacaq.

Ötən mövsümü Türkiyə Super Liqasında keçirən Bosniya və Hersoqovina millisinin üzvü bura ehtiyatda oturmaq üçün gəlməyib.

“Ağ-qaralar”ın bu qapıçı üçün büdcədən ayırdığı küllü miqdarda vəsaiti xərcləməkdə məqsədi iddialı yerlər üçün heyət formalaşdırmaqdır.

Kenan “1 nömrə” olacağı halda Rza Cəfərovla Emil Balayev ehtiyatda oturmaq məcburiyyətində qalacaq.

Deyək ki, Balayevin bu baxımdan problemi yoxdur. Onsuz da son 2 ili boşa verdiyindən, mövcud durumla barışıb.

Bəs, 22 yaşlı Rza?

Təbii ki, ilboyu skamyada oturub Piriçi izləməyəcək. Bu dəqiqə meydanda 90 dəqiqə keçirmək yaşındadır.

Klub rəhbərliyi Cəfərovun klubunu dəyişməsinə qarşı deyil. Hətta özü də bundan məlumatlıdır.

İstədiyi kluba keçməkdə sərbəstdir. Lakin buna görə “Neftçi”yə transfer haqqı ödənməlidir. Söhbət 50 min dollardan yox, bundan təxminən 2-3 dəfə artıq məbləğdən gedir.

Rza şəxsi əlaqələrini işə salaraq ölkə xaricində iş yeri axtarır. Məqsədi legioner həyatı yaşamaqdır. Azərbaycandakı iddialı klubların birində oynamağa da isti yanaşır. Lakin ölkə daxilindəki klublar qapı mövqeyini bərkidib.

Transfer pəncərəsinin bağlanmasına 1 aya yaxın vaxt var. Yaxın günlərdə Cəfərovun “Neftçi”ni tərk etdiyini eşitsəniz, təəccüblənməyin.

Hər şey buna doğru aparır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu