"Neftçi" bu transferə isti yanaşırmı? - YENİ MƏLUMAT

13:00 Neftçi 706
"Neftçi" bu transferə isti yanaşırmı? - YENİ MƏLUMAT

"Neftçi" Momo Sacko ilə müqavilə bağlayıb-bağlamayacağını hələ dəqiqləşdirməyib.

Bu barədə klubdan saytımıza bildirilib.

Paytaxt təmsilçisindən redaksiyamıza daxil olan məlumata görə, o, Samir Abasovun diqqətini özünə çəkib. Sadəcə, baş məşqçi digər variantları da nəzərdən keçirdiyindən,

23 yaşlı malilinin Azərbaycana dəvət olunması hələ tam netləşməyib. Momo gəlməyə razıdır. İşdir, çalışdırıcı da «okey» versə, afrikalı ilə 2+1 illik müqavilə imzalanacaq.

O. son olaraq Portuqaliyada "Vilaverdense"nin formasını geyinib. Hazırda azad agent statusu daşıyır.

Onun peşəkar karyerası yalnız Portuqaliya ilə bağlıdır.

Malinin gənclər yığmasında çıxış etmiş Sacko mərkəz yarımmüdafiəçisi mövqeyində oynayır və texniki bacarığı ilə seçilir. "Transfermarkt" ona 150 min avro qiymət qoyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti