“Neftçi” bu “TRANSFER BOMBA”sını nə vaxt XƏBƏR EDƏCƏK?

13:00 Neftçi 1 606
“Neftçi” bu “TRANSFER BOMBA”sını nə vaxt XƏBƏR EDƏCƏK?

Falaye Sakonun “Neftçi”yə yeni mövsümə başlayıb-başlamayacağı yaxın günlərdə məlum olacaq.

Bu barədə paytaxt təmsilçisi saytımıza məlumat verilib.

Bildirilib ki, Mali millisinin sağ cinah müdafiəçisi klubun şəraiti və şəhərlə yaxından tanış olmaq məqsədilə Azərbaycana təşrif buyurub. Gördükləri ürəyinə yatsa, afrikalı ilə danışıqlar rəsmi müstəviyə keçəcək.

Onun müqaviləyə imza atmaq ehtimalı böyükdür. Hər halda belə bir fikri olmasaydı, Fransadan durub bura gəlməzdi.

“Ağ-qaralar” onun məxsus olduğu “Monpelye”ni artıq bu barədə məlumatlandırıb. Çünki 30 yaşlı afrikalının onlarla müqavilə müddəti gələn ilin yayına qədərdir.

“Monpelye” 2023-cü ilin yayında onun keçidi üçün Portuqaliya “Vitoriya”sına 1,3 milyon avro ödəyib. Bir illik müqaviləsi qalan müdafiəçinin hazırkı transfer dəyəri də bu qədərdir.

Falaye Sako karyerası ərzində Macarıstan, Belçika, Portuqaliya və Fransada legioner həyatı yaşayıb.

Paytaxt təmsilçisi bu yay artıq 11 yeni oyunçu ilə güclənib.

Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb), Cordan Rezabala (son klubu "Dorados"), Kristian Kostin (son klubu “Dinamo” Buxarest, Rumıniya), Kenan Piriç (son klubu "Antalyaspor", Türkiyə) və Alessio Kurçi (son klubu “Francs Borains”, Belçika) qeyd olunan siyahıya daxildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti