"Neftçi"də yeni direktor - Namizədlər bu ölkədəndir

5 Avqust 18:00 Neftçi 1 588
"Neftçi"də yeni direktor - Namizədlər bu ölkədəndir

«Neftçi»də yeni direktor təyinatı olacaq.

Bu barədə paytaxt klubundan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, hazırda akademiyaya kimin rəhbərlik edəcəyi bəlli deyil.

2022-ci ildən burada çalışmış Camal Bülbülün gedişindən sonra bu post hələ boş qalıb.

Direktor vəzifəsinə bir neçə namizəd var.

Maraqlıdır ki, onların hamısı türkiyəli funksionerdir. Yaxın günlərdə məsələyə aydınlıq gətirilməsi nəzərdə tutulub.

Bu arada “Neftçi” Futbol Akademiyasında yeni təyinatlar olub. Son vaxtlara kimi “Qəbələ“ və “Səbail“də işləmiş bir neçə məşqçi burada iş alıb.

Namiq Adilov akademiyanın koordinatoru vəzifəsinə gətirilib.

O, bu postda Elşad Əhmədovu əvəzləyib. 2021-ci ildən paytaxt təmsilçisində fəaliyyət göstərən mütəxəssislə yeni müqavilə imzalanmayıb.

N.Adilov bundan öncə aşağı yaş qrupları üzrə yığmalarda çalışıb. Son olaraq U-18-da İlham Yədullayevin köməkçisi işləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”