“Neftçi”nin yeni transferi ilə bağlı ƏN SON XƏBƏR

4 Avqust 20:40 Neftçi 1 277
“Neftçi”nin yeni transferi ilə bağlı ƏN SON XƏBƏR

“Neftçi”sevərlərin İmad Farajla bağlı narahatlığını anlamaq olar.

Yay toplanışının ən səs-küylü transferlərindən sayılan, “AEK Larnaka”dan alınan 26 yaşlı cinah oyunçusuna böyük ümidlər bəslənir.

Əlcəzair və Mərakeş əsilli fransız futbolçu Polşadakı təlim-məşq toplanışında tam gücü ilə iştirak edə bilmədi. Üç yoldaşlıq görüşünün yalnız birincisində adı iştirak ərizəsinə salındı, digərlərini kənardan izlədi.

Azarkeşləri maraqlandıran sual İmadın hazırkı durumu və Premyer Liqanın startına qədər nə dərəcədə hazır olacağıdır.

Polşa toplanışında xəsarət alan futbolçu yüngül məşqlər etdiyindən yüklənməyə məruz qalan kollektivdən ayrı düşüb. Hazırlıq keçib, lakin fərdi şəkildə.

Zədədən qayıtması kollektivdəkilər sevindirir. Ancaq müəyyən vaxt lazımdır ki, komandayla birgə keçmədiyi fizki hazırlığını qaydaya salsın. Bu dəqiqə fiziki cəhətdən tam hazır deyil.

Komanda Bakıdakı toplanışa start verəndə, Farajın fiziki vəziyyətinin yaxşılaşdırılmasına diqqət ayrılacaq. Bu isə, təxminən iki həftə vaxt alacaq.

“11 nömrə”nin ilk tura qədər hazır olacağı inandırıcı deyil. Lakin növbəti həftələrdə “ağ-qaralar”a kömək edə biləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Avqust 17:30 Çək və bizə göndər!
4 Avqust 04:30 Cadu məktəbi