"Neftçi"nin sabiq prezidenti yeni təyinat aldı - HARA GEDİR?

3 Avqust 2025 02:20 Neftçi 865
"Neftçi"nin sabiq prezidenti yeni təyinat aldı - HARA GEDİR?

"Neftçi"nin keçmiş prezidenti Orxan Hüseynzadə UEFA tərəfindən təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Kayrat” (Qazaxıstan) - “Slovan" (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Bakı vaxtı ilə 19:00-da start götürəcək matçda ədaləti niderlandlı baş hakimi Serdar Gözübüyük qoruyacaq.

Qarşılaşma Alma-Ata şəhərinin mərkəzi stadionunda təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti