
"Neftçi" Polşadakı təlim-məşq toplanışında üçüncü yoldaşlıq oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Kiprin AEL klubu ilə qarşılaşıb.
Görüş heç-heçə başa çatıb.
“Neftçi” (Azərbaycan) - AEL (Kipr) -2:2
Qollar: Sambu, 18 (1:1), Şeydayev, 90 (2:2)
"Neftçi"nin start heyəti: Emil Balayev, Sessi D'Almeyda, Emin Mahmudov (k), Bassala Sambu, Freddi Varqas, Edvin Kuç, Elvin Bədəlov, Murad Xaçayev, Luis Ortiz, Cordan Rezabala, Alessio Curci
Daha əvvəl təlim-məşq toplanışı zamanı “ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” (1:1) və Polşanın “Bruk-Termalika” (2:2) klubları ilə qarşılaşıb.
İyulun 27-də isə Yunanıstanın “Asteras” klubu ilə keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.