
"Neftçi" növbəti transferi reallaşdırıb.
"Ağ-qaralar" Lüksemburq millisinin futbolçusu Alessio Kurçini heyətinə qatıb.
23 yaşlı hücumçu ilə 3 illik anlaşma imzalanıb.
Amma gənc futbolçunun Bakı klubuna keçidi birmənalı qarşılanmayıb.
Azarkeşlər Kurçinin keçidini tənqid atəşinə tutublar.
Klubun sosial şəbəkələrdə olan rəsmi hesablarında uğur arzulayanlardan çox neqativ şərhlər yazan olub.
Bəzilərini sizə təqdim edirik:
"Boqomolskini göndərib, bunu gətirməyin adı nədir?".
"Lüksemburq millisi nə millidir ki, onun hücumçusu nə ola".
"15 oyun 1 qol vurub, ay "Neftçi" sevərlər. Söhbət Lüksemburq millisindən gedir. Alessio Lüksemburqun heyətində Fransa, Portuqaliya, İsveçrə, İrlandiya qarşı oyunlarda qol(lar) vursaydı, səsi-sorağı başqa yerlərdən gələrdi. Vurduğu qol Macarıstanla oyuna təsadüf edib. Transferi tərifləmirəm, ortabab oyunçudur, dua edək ki, qarpızı kəsəndə içi qırmızı çıxsın fikri ilə, bu keçid əla alınsın".
"Hücumçuya bax - 15 oyunda 1 qol".
"5 tur bes edəcək fikir bildirməyə. Xeyrli olsun". .
"Xeyirli olsun. Nə deyim vallah...".
"3 illik müqavilə bağlanır, sonra da rədd edə bilmirlər. Braziliyada futbolçu qurtardı ki, Lüksemburqun ümidinə qaldınız? Anlamaq olmur bu transferi. Nə isə gözləyək meydanda görərik səviyyəsini".
"Xeyirli olsun. Amma bu hücumçu 15 oyuna cəmi bir qol vurubsa, Samir Abbasov onun nəyini bəyənib?".
XANOĞLAN / SPORTİNFO.AZ