
«Kəpəz»də İdarə Heyətinin iclası keçirilib.
Yığıncaq yeni sədr Adil Vəliyevin iştirakıyla baş tutub.
Bu postda Namiq Qədirovu əvəzləmiş şəxs klubun cari işləri ilə maraqlanıb, hesabatı dinləyib.
Vəliyev komandanın gücləndirilməsinin vacibliyini qeyd edib.
SOCAR-ın sabiq məsul şəxsi transfer çalışmalarının bir qədər ləng getməsindən narahatlığını dilə gətirib, prosesin sürətləndirilməsini tapşırıb.
O mübariz kollektiv formalaşdırılmasını istədiyini bildirib. Vurğulayıb ki, «Kəpəz» növbəti mövsümdə orta sıralar uğrunda yarışmalıdır.
A.Vəliyev klubun fəaliyyətini bundan sonra diqqət mərkəzində saxlayacağını, əlindən gəldiyi qədər dəstək verəcəyini söyləyib.
Sədr diqqətə çatdırıb ki, burada çalışan hər bir şəxs öz üzərinə işi görməli, səlahiyyəti çərçivəsindən kənara çıxmamalıdır.
SPORTİNFO.AZ