Ərəblər 1,5 milyon avro təklif etdi, “Neftçi” bu qolçunun transferindən vaz keçdi

31 İyul 13:00 Neftçi 2 826
Ərəblər 1,5 milyon avro təklif etdi, “Neftçi” bu qolçunun transferindən vaz keçdi

Muhamed Belkayrın "Neftçi"yə keçidi baş tutmayıb.

Saytımız bu barədə paytaxt klubundan məlumat alıb.

Redaksiyamıza daxil olan informasiyaya görə, "ağ-qaralar"ın maraqlandığı forvardla danışıqlar alınmayıb.

Hazırda Belçikada "La Luvir"in formasını geyinən hücumçunun maliyyə şərtləri daha yüksək olduğundan, paytaxt təmsilçisi bu transferdən vaz keçib.

Fransa və Əlcəzair vətəndaşı olan 26 yaşlı forvardla Səudiyyə Ərəbistanından "Ər-Riyad" da maraqlanır. Ərəblər ona görə 1.5 milyon avro ödəməyə hazırdır.

"Ağ-qaralar" 2024-cü ildən Belçika təmsilçisində çıxış edən Muhamedə bu məbləğdən yalnız iki dəfə aşağı məbləğ xərcləməyə razıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 08:20 “Sabah”a olan MARAQ