SON DƏQİQƏ - "Neftçi" bazarda dayanmaq bilmir… NÖVBƏTİ TRANSFER

30 İyul 14:40 Neftçi 3 029
SON DƏQİQƏ - "Neftçi" bazarda dayanmaq bilmir… NÖVBƏTİ TRANSFER

«Neftçi» bir-birinin ardınca transfer «bombalar»ını «partlatmaqdadır».

Lüksemburq millisinin hücumçusu Alessio Kurçini heyətə qatan «ağ-qaralar» az öncə növbəti əməliyyatı başa çatdırıb.

İddialı komanda qurmaq yolunda önəmli addımlar atan paytaxt təmsilçisi daha bir legionerlə anlaşıb.

Ervin Koffi ilə bir müddət əvvəl vidalaşmış «Neftçi» yeni sol cinah müdafiəçisini sıralarına qatıb.

Hələlik onun adını dəqiqləşdirməyə çalışırıq. Bildiyimizə görə, arxa xətt oyunçusu ilə 1+1 illik müqavilə imzalanıb.

Samr Abasovun çalışdırdığı kollektiv bu yay Sessi D’Almeyda, Luis Ortis, Elvin Bədəlov, Murad Xaçayev, İqor Ribeyro, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala, Kristian Kostin və Kenan Piriçi də sıralarına qatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 20:50 Çək və bizə göndər!