"Neftçi"də 15-ci ayrılıq - SON DƏQİQƏ XƏBƏRİNİ OXU!

30 İyul 09:40 Neftçi 4 546
"Neftçi"də 15-ci ayrılıq - SON DƏQİQƏ XƏBƏRİNİ OXU!

“Neftçi”dən növbəti ayrılıq xəbəri almışıq.

Əldə etdiyimiz məlumata görə, Samir Abasov Ryonosuke Ohorinin xidmətindən imtina edib.

Son vaxtlar düşərgəyə bir neçə legioner qatan baş məşqçi bu dəfə yaponiyalı yarımmüdafiəçinin üstündən xətt çəkib.

Çalışdırıcı bu qənaətə Polşada gəlib. Bu ölkədə keçirilən təlim-məşq toplanışının gedişatı onda belə bir əminlik yaradıb.

Abasov hazırlıq prosesinə əsasən, asiyalıya yeni mövsümdə şans verməyəcəyini qətiləşdirib.

Bakılılar onu bu ilin yanvarında sıralarına qatıb.

24 yaşlı əcnəbi sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. “Ağ-qaralar“ 18 nömrəli formanı geyinən futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlayıb.

Ryonosuke Ohori karyerası ərzində 60 rəsmi matça çıxaraq 24 qol vurub və 4 qolun ötürməsini edib.

Paytaxt təmsilçisi bu yay 14 nəfərlə vidalaşıb.

Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi, Filip Ozobiç, İsmayıl Zülfüqarlı və Alfa Konte «qara siyahı»da yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 08:20 “Sabah”a olan MARAQ