
“Neftçi” hücumçu problemini həll edib.
Xeyli vaxtdır azarkeşləri narahat edən məsələ çempionatın startına iki həftə qalmış yoluna qoyulub.
Sportinfo.az-a daxil olan məlumata görə, Samir Abasovun bəyəndiyi və israrla sərəncamında görmək istədiyi həmin futbolçu ilə danışıqlar müsbət sonluğa çatıb.
Adını öyrənə bilməsək də, forvardın yaxın 1-2 gün ərzində kollektivə qoşulacağını dəqiqləşdirmişik.
Bununla da “ağ-qaralar” hücumçu mövzusunu qapatmış olacaq.
Paytaxt klubu yay fasiləsində Sessi D’Almeyda (“Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov ("Sumqayıt"), Murad Xaçayev ("Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (“AEK Larnaka”), Freddi Varqas (“Makkabi”, (İsrail), Cordan Rezabala ("Dorados") və Kristian Kostin (“Dinamo” Buxarest, Rumıniya) və Kenan Piriçi (“Antalyaspor”, Türkiyə) rənglərinə bağlayıb.
HƏBİB / SPORTİNFO.AZ