
“Neftçi” iyulun 27-də növbəti yoxlama görüşünü keçirməliydi.
Yunanıstan təmsilçisi “Asteras”la razılıq əldə olunmuş, hətta rəqib komanda Keltse şəhərindəki “Pikarski” stadionuna təşrif buyurmuşdu.
Lakin matçın başlamasına dəqiqələr qalmış yağışın leysanla əvəz olunması hər iki komandanın planlarını pozdu. Oyun ləğv olundu.
Məyus olan təkcə “Neftçi”ylə “Asteras” oldu?
Xeyr.
Qarşılaşmanı izləmək üçün yaşadığı Krakovdan Keltseyə yollanan tanınmış azarkeşin arzusu da gözündə qaldı.
“Göyqurdlar” azarkeş qrupunun yaradıcısı Elnur Şərifli hələ yolda olarkən sosial şəbəkə vasitəsi ilə Polşanın bir şəhərindən digərinə üz tutduğunu qeyd etmiş, gördükləri ilə bağlı azarkeşləri xəbərdar edəcəyini bildirmişdi.
Ünvana çatanda işlər pis getmirdi. Hər iki komandanın üzvləri məşq edir, oyuna hazırlaşırdı. Elnur da həmin görüntüləri sosial media səhifəsində paylaşırdı.
Qarşılaşmanın son anda təxirə düşməsi stajlı fanatın istəyini ürəyində qoysa da, elə stadiondaca qarşılaşdığı gülməli əhvalatlar əhvalını bir xeyli yüksəldib.
Gölü xatırladan qazon, yerə vuranda havaya qalxmayan top və özünü dənizdəymiş kimi hiss edən “Asteras”ın futbolçusu...
İzləməyə dəyər.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN